sehiyye.info

Virusun ağciyərlərə enməsini 30 saniyəyə dayandıran üsul.

Virusun ağciyərlərə enməsini 30 saniyəyə dayandıran üsul.
Türk stomatoloq Aykan Onur Atilla bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmaların olduğunu söyləyib.

Sehiyye.info xəbər verir ki, həkim qeyd edib ki, əllərimizi və üzümüzü yuduğumuz kimi, hər dəfə ağız boşluğumuzu qarqara etsək, virusun ağızdan ciyərlərə enməsini dayandıra bilərik.

"Pandemiya zamanı insanlar ağız sağlamlığına laqeyd yanaşmamalıdır. Diş klinikalarında lazımi tədbirlər görülür və xəstələrə bununla bağlı müdaxilələr edilir. Diş həkimi olaraq öyrəndiyimiz ən vacib məsələ özümüzü və xəstələrimizi yoluxucu xəstəliklərdən qorumaqdır. Bu səbəblə pandemiya dövründə ağız boşluğumuzun qeydinə qalmalıyıq. Bunun üçün hansı tədbirlərin görülməsinin lazım olduğu məlumdur", - stomatoloq bildirib.



REKLAM