sehiyye.info

Mafiya bu ölkədə COVID-19 peyvəndini ələ keçirdi

Mafiya bu ölkədə COVID-19 peyvəndini ələ keçirdi
İtaliya parlamentinin mafiya əleyhinə komissiyası, cinayətkar sindikat üzvlərinin peyvəndləri yaşlı insanlar və insanların sosial cəhətdən həssas qrupları yerinə öz yoldaşlarına yönəldə biləcəyini araşdırır.

Sehiyye.infonun xarici mediaya istinadla verdiyi xəbərə görə, cinayətkar dəstələrin öz üzvlərini növbədənkənar peyvənd etmək üçün güclərindən istifadə etdiklərinə dair şübhələr artmaqdadır.

Xüsusilə Puliya kimi bölgələrdə səhiyyə sahəsindəki işçilərin sayı xeyli artıb və bu, şübhəlidir.

Azərbaycanda son sutkada koronavirusa yoluxma AZALDI
Bakının iki prospektində hərəkət məhdudlaşdırılır - SƏBƏB
Azərbaycanda KORONAVİRUSLA BAĞLI VƏZİYYƏT: elə rəqəm açıqlandı ki...
Hər şeydən əvvəl, inzibati funksiyalar, rabitə təmin edənlər və hətta tibb sektoru üçün tikinti ilə məşğul olanlar da peyvənd olunublar.

Ən azı 1000 peyvənd “növbədənkənarlar”a sərf olunub və hazırda bununla bağlı araşdırma aparılır.

İtaliya peyvəndləmə qaydasının pozulmasından çox narahatdırlar. Siciliyadakı Karleone bələdiyyəsini meri növbədənkənar peyvəndləndiyinə görə vəzifəsindən uzaqlaşdırılıb. O, eyni zamanda məsləhətçilərini də peyvənd vurdurmağa məcbur edib.//lent.az



REKLAM