sehiyye.info

Yuxusuzluğa qarşı mübarizə.

Yuxusuzluğa qarşı mübarizə.
Yuxusuzluq gecə yuxusunun qısalması, gec yuxuya getmək, tez oyanmaq, gecə ərzində yuxudan tez-tez oyanma ilə özünü biruzə verir. Mükəmməl yuxunun olmaması əhvalın gələcəkdə pisləşməsinə, orqanizmin müqavimət qabiliyyətinin azalmasına və buna görə də yeni xəstəliklərin yaranmasına səbəb olur. Bundan əlavə yuxusuzluq olduqda diqqət də yayınır, əsəbilik, nevrotik hallar ailədə, dostlarla və işdə münasıbətlərə mənfi təsir göstərən simptomlar yaradır. Yuxusuzluqla mübarizənin ən asan üsulu orqanizmi oksigenlə zənginləşdirməkdən ibarətdir. Yəqin ki, çoxlarınız müşahidə etmisiniz ki, açıq havada daha rahat yuxuya getmək olur. Buna görə də yatmazdan qabaq açıq havada gəzmək və yataq otağının havasını dəyişmək lazımdır.

Sağlam və uzun yuxu üçün aşağıdakı qida məhsullarından istifadə etmək məsləhətdir. Bu qida məhsulları əzələ yorğunluğunu götürür, beyinin gərginliyini azaldır və yuxu hormonlarının yüksək miqdarına görə sadəcə sakitləşdirir.

Banan
Bu meyvə demək olar ki, yuxu dərmanıdır. Yatmazdan qabaq banan yeməklə siz rahat yuxunuzu təmin etmiş olarsınız. Melatonin və seratonindən başqa onun tərkibində maqnezium da var.

Çobanyastığı çayı
Çobanyastığı əla sakitləşdirici təsirə malikdir. Bu daima gərgin olan insanlar üçün ən yaxşı vasitədir. Məhz buna görə çobanyastığı yuxu qabağı çayın əsas inqrediyent olmalıdır.

İlıq süd
Südün tərkibində sakitləşdirici təsirə malik amin turşusu-triptofan və beyinə triptofanı mənimsəməyə kömək edən kalsium var.

Kartof
Siz bir bişmiş kartofla doymasanız da, onun köməyi ilə tirptofanın yaranmasına mane olan turşulardan azad olacaqsınız. Ən yaxşı effekti əldə etmək üçün onun üstündən ilıq süd için.

Yulaf
Yulaf yuxu mənbəyi-melatoninlə zəngindir, yulaf yarmasından hazırlanmış yulaf sıyığı yuxu üçün olduqca faydalıdır.

Badam
Bir ovuc badam triptofan və maqnezium sayəsində yalnız yuxu gətirməyə deyil, ürəyi möhkəmləndirməyə də qadirdir.

Yatmazdan qabaq isti vanna rahat yuxuya müsbət təsir göstərir. Əgər suya aromatik yağlar əlavə olunarsa daha da effektli olar.
Bir məsələyə diqqət yetirmək lazımdır ki, yatmazdan qabaq gərgin zehni işlə məşğul olma sağlam yuxuya mənfi təsir göstərir.//zeytunfarma



REKLAM