sehiyye.info

Zəncəfil yeyəndə bədəninizə nə olur?

Zəncəfil yeyəndə bədəninizə nə olur?
Zəncəfili bir çox narahatlıqları aradan qaldıran bitki kimi tanımağımıza baxmayaraq hələ də yeni-yeni faydaları məlum olur. Quru torpaqlarda yetişən bu bitki hər dərdə dərmandır. Zəncəfil bitkisinin faydasını görmək istəyirsinizsə, bu bitkini nizamlı olaraq qəbul etməlisiniz. Zəncəfilin çox faydası olmasına baxmayaraq, xalq arasında yayılan tək faydası soyuqdəymədə, ya da qripə yoluxmada istifadə edilməsidir. Eyni zamanda yorğunluğu da aradan qaldırır. İllərdir bu bitki üzərində araşdırmalar edilmiş və həqiqətən də zəncəfil bitkisinin qrip və soyuqdəyməni aradan qaldırmasında təsirli olduğu isbat edilmişdir.
Sehiyye.info yerli mətbuata istinadən zəncəfilin insan orqanizminə faydalarını təqdim edir.
Zəncəfil C vitamini ilə zəngin bir bitkidir. C vitamini isə sizi qripdən və soyuqdəymədən qoruyacaqdır;
Sakitləşdirici və qaz sökdürücüdür;
Soyuqdəymədə bədəni tərlədir;
İltihab önləyici təsiri ilə xüsusilə oynaq iltihablarına qarşı olduqca faydalıdır;
Bəlğəmli öskürəyin yaxşılaşmasının sürətləndirir;
Bulanmaları aradan qaldırmağa köməkçi olar və qusmanın qarşısını alır;
Bədən müqavimətini və zehni gücü artırır;
Mikroböldürücü və immunitet gücləndiricidir;
Xərçəngə qarşı qoruyucudur;
Damar tıxanıqlığının qarşısını almağa kömək edir, qan damarlarını genişlədərək revmatizm ağrılarını da yüngülləşdirir;
Bağırsaq pozulmasına kömək edir və ishalı kəsir;
Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır;
Zəncəfil çayının tərkibində olan B3, B6, dəmir,kalium, kalsiyum, fosfor, natrium və magnezium mineralları sayəsində gün ərzində almalı olduğunuz mineralları bir fincan zəncəfil çayı ilə tənzimləyə bilərsiniz.



REKLAM