sehiyye.info

Bakıda 550 küçə dezinfeksiya edilib - YENİLƏNİB

Bakıda 550 küçə dezinfeksiya edilib - YENİLƏNİB
Bu gün paytaxtda təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iməcilik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin, həmişəyaşıl ağacların yuyulması həyata keçirilib, yeni ağaclar, kollar əkilib, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 550 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

10:57



REKLAM