sehiyye.info

"Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

"Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb
Martın 30-da Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşəbbüsü ilə şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş "Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Sehiyye.info AZƏRTACa istinadən xəbər verir ki, konfransda yerli həkimlərlə yanaşı, Türkiyə, Rusiya, Qazaxıstandan olan mütəxəssislər də iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına əklil qoyublar.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli bu sahədə konfransın Azərbaycanda ilk dəfə keçirildiyini bildirib. Rektor dinləniləcək mövzuların və aparılacaq müzakirələrin bu sahənin inkişafına töhfə verəcəyinə inandığını bildirib və konfransın işinə uğur arzulayıb. Konfransın qonaqları şüa diaqnostikası sahəsində yeniliklərin müzakirəsinin onun inkişafında mühüm rol oynayacağını deyib və tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər.

Universitetin şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri dosent Məlahət Sultanova tədbir iştirakçılarına Azərbaycanda radiologiyanın inkişaf tarixi barəsində məlumat verib.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.
"Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb
"Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb
"Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Qeyd edək ki, konfransın işinə martın 31-də yekun vurulacaq.



REKLAM