sehiyye.info

Korona keçirmiş şəxs qripə tutularsa... - Professor

Korona keçirmiş şəxs qripə tutularsa... - Professor
Yaz aylarında əksər hallarda immun sisteminin aşağı olması səbəbindən müxtəlif infeksion xəstəliklər yayılır.

İnsanları isə bu dönəmdə bir sıra suallar narahat edir, koronavirus keçirənlər qripə tutularsa, xəstəliyi necə keçirəcək? Fəsadları az, ya çox olacaq?

Sehiyye.info xəbər verir ki, infeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a açıqlamasında COVİD-dən sonra əks epidemik qaydalara daha cox riayət olunduğu üçün digər kəskin respirator virus infeksiyalara, o cümlədən qripə təsadüf olunmadığını bildirib:

"COVİD-dən sonra xəstələrdə zəiflik yaranır, postkovid dövru immun sisteminin zəifləməsi müşahidə olunur. Buna görə də təbii ki, koronavirusdan sonra qripə yoluxan şəxslər bu xəstəliyi daha ağir keçirə bilərlər".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, digər soyuqdəymə halları ilə koronavirus eyni vaxtda baş verərsə, xəstənin vəziyyətini ağırlaşdıra bilər:

"Bəlkə də COVİD-in bəzi ağırlaşmaları yuxarı tənəffüs yollarındakı infeksiyaların paralel ağırlaşması ilə bağlı olur. Əgər belə hal olarsa, xəstələr klinikaya yerləşdirilməlidir. Ciddi şəkildə müalicə almalıdırlar".

Son dövrlər uşaqlar arasında da qrip infeksiyasının yayıldığı bildirilir. Valideynlər isə bəzən bunun qrip, yoxsa koronavirus olduğunu müəyyən edə bilmirlər.

Respiblikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, saysız-hesabsız, minlərlə virus tipi var: "Qış mövsümündə də bu xəstəliklər ola bilər. Belə bir deyim var, hər pis işdə bir xeyir var. Koronavirusa görə aparılan tədbirlər ümumiyyətlə, virus xəstəliklərinin kəskin azalmasına səbəb olub. Qoruyucu rejim olduğuna görə paraqrip, adenavirus, rotovirus kimi virusların da geniş yayılması azalıb. Amma buna baxmayaraq, yenə də rast gəlinir. Bunun qarşısını almaq qeyri-mümkündür. Çünki ətrafımızda o viruslar daimi var. Ona görə də bu əlamətlərə kəskin respirator virus infeksiyası əlamətləri deyirik. Respirator əlamətlər boğazda, burunda, bəzən də ishal kimi əlamətlərlə özünü göstərir. Amma koronavirusdan öncəki illərlə müqayisədə qat-qat azalıb. Bu da dediyimiz kimi, maska, məsafə, gigiyenik tədbirlərin nəticəsində mümkün olur. Bu bizə əyani olaraq sübut edir ki, düzgün qorunsaq, bir o qədər sağlamlığımızı qorumuş olarıq".

Baş pediatr valideynlərə övladlarında hər hansı simptom hiss edən kimi sahə həkiminə müraciət etməyi tövsiyə edib:

"Bu xidmət bizdə qurulub. Hər bir valideyn bilir ki, onun uşağına poliklinikada xidmət göstərən sahə həkimi var. Valideyn o əlamətləri görəndə ya həkimə göstərməlidir, ya da evə çağırış etməlidir. Həkim baxandan sonra ona yol göstərəcək. O deyəcək ki, COVİD testindən keçirmək lazımdır, ya yox. Əlbəttə, COVİD təhlükəsi qaldığına görə hər kəs hər hansı əlamət görən kimi hamı narahat olur. Bunu da müayinə etmək ağır iş deyil, burundan, boğazdan yaxma götürüb bir günə cavab verirlər. Təbii ki, həkim müayinəsindən sonra olmalıdır, valideyn özü hərəkət edəndə səhvlərə yol verə bilər".//axar.az



REKLAM