sehiyye.info

Tədris Cərrahiyyə Klinikasının illik hesabat toplantısı keçirilib

Tədris Cərrahiyyə Klinikasının illik hesabat toplantısı keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) 2018-ci ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.



Toplantıda klinikanın baş həkimi, professor Ramiz Poluxovun hesabatı dinlənilib. Baş həkim R.Poluxovun sözlərinə görə, klinikada 14 kafedra, 29 şöbə, 405 çarpayı, 545 işçi fəaliyyət göstərir. O cümlədən, müəssisədə 381 kafedra həkimi, 51 klinika həkimi, 169 tibb bacısı, 98 kiçik tibb bacısı çalışır.



2017-ci il ilə müqayisədə ötən il klinikada ümumi xəstə sayı artaraq 111.748 nəfərdən 141.452 xəstəyə çatıb. Poliklinik xəstə sayı 91.035-dən 142.447 nəfərə qədər yüksəlin. Ötən il stasionara daxil olmuş xəstə sayı 18491 (bundan əvvəlki il 15.948), əməliyyat olunmuş xəstə sayı isə 10195 (2017-ci ildə 8906 nəfər) olub. Laboratoriya şöbəsinə qeydiyyat sayı da 258.877 olub.



ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev hesabatı qənaətbəxş hesab edilə biləcəyini deyib. Direktor şöbə təmsilçilərini nizam-intizam qaydalarına daha diqqətli yanaşmağa çağırıb: “Klinika rəhbərliyi tərəfindən müəssisənin yüksək səviyyədə fəlaiyyəti üçün zəruri şərait yaradılıb. Klinika həm də tədris müəssisəsi olduğundan, biz hər bir məsələdə daha diqqətli olmalı, vətəndaşlara daha yaxşı xidmət göstərməliyik. Buna görə hər birimizdən maksimum diqqət və qayğı tələb olunur”.



Sonra çıxış edənlər hesabatda qeyd olunan məqamlarla əlaqədar fikirlərini açıqladılar. Yekunda hesabat qəbul edildi.
Tədris Cərrahiyyə Klinikasının illik hesabat toplantısı keçirilib



REKLAM