sehiyye.info

Uşaqlar koronavirusa qarşı peyvənd edilə bilərmi? - İlk tədqiqat aparıldı

Uşaqlar koronavirusa qarşı peyvənd edilə bilərmi? - İlk tədqiqat aparıldı
İsrail alimləri koronavirus peyvəndinin uşaqlarda ciddi yan təsirlərə səbəb olmadığını aşkar ediblər.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədqiqata 12 ilə 16 yaş arası 600 uşaq qatılıb. Onlara iki doza “Pfizer” vurulub, bu dərman indi ölkənin yetkin əhalisini peyvənd etmək üçün istifadə olunur.

Nəticədə ciddi bir yan təsir göstərməyib və yüngül əlamətləri olan uşaqların nisbəti çox aşağı olub.

Koronavirus peyvəndi istehsalçıları indi dərmanlarını uşaqlar üzərində sınaqdan keçirirlər. Bununla, “AstraZeneca” və “Pfizer” şirkətləri xüsusi məşğul olur.



REKLAM