sehiyye.info

17 yaşlı gənc dəm qazından zəhərlənərək öldü

17 yaşlı gənc dəm qazından zəhərlənərək öldü
Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Sehiyye.info xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



REKLAM