sehiyye.info

“Hamı bilir, amma deməyə qorxur” - Koronavirus haqqında İDDİA

“Hamı bilir, amma deməyə qorxur” - Koronavirus haqqında İDDİA

Koronavirus Çinin bioloji silahıdır və dünyadakı bütün hərbi mütəxəssislər buna əmindirlər.

Sehiyye.info “CNN Prima News”a istinadən xəbər verir ki, bu fikri Praqa arxiyepiskopu Dominik Duka söyləyib.

“İndiki vəziyyətdə bu, ən pis halda Çin virusu, bioloji silah sızıntısıdır. Dünyadakı bütün hərbi mütəxəssislər buna əmindirlər, lakin ya bunu deməyə qorxurlar, ya da cəsarət etmirlər”, - Duka Praqadakı xütbə əsnasında qeyd edib.

Bu açıqlama ölkənin aparıcı tibb mütəxəssisləri arasında güclü fikir ayrılığına səbəb olub.

Məşhur immunoloq Vaçlav Goreyşi arxiyepiskopun açıqlamasını qalmaqallı, Dukun özünü isə yalan mesajların yayıcısı adlandırıb. Mütəxəssis koronavirusun süni yaradılması barədə iddiaların siyasi və ya ideoloji səbəblərdən qaynaqlandığını qeyd edib.//publika



REKLAM