sehiyye.info

Səlyanda 32 yaşlı ana doğuşdan sonra öldü

Səlyanda 32 yaşlı ana doğuşdan sonra öldü
Salyanda ana doğuşdan sonra ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı Salyan Rayon doğum evində bir gün əvvəl qeysəriyyə əməliyyatı olunaraq qız uşağı dünyaya gətirib.

Bu gün səhər saatlarında ananın səhhətində baş verən ağırlaşmalar nəticəsində xəstəxanada ölüb.



REKLAM