sehiyye.info

Dəhşətli açıqlama: “Britaniya ştamm”ına yoluxan 13 nəfərdən 10-u ölür

Dəhşətli açıqlama: “Britaniya ştamm”ına yoluxan 13 nəfərdən 10-u ölür
Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusun “Britaniya ştamm”nın adi “SARS-CoV-2”dən daha ölümcül olduğunu deyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Baş nazir bu barədə brifinqdə açıqlamasında deyib.

Həmçinin, Conson ölkədə istifadə edilən “Pfizer” və “AstraZeneca” peyvəndlərinin virusun mutasiya etmiş yeni növünə qarşı təsirli olduğundan əminliyini vurğulayıb.

Brifinqdə təqdim olunan məlumatlara əsasən, koronavirusun Britaniyada yayılan yeni varinatına yoluxan 13-14 nəfərdən, təxminən, 10 nəfəri ölür.

Qeyd edək ki, Britaniya COVID-19-dan gündəlik ölüm sayına görə, dünyada birinci yerdədir.



REKLAM