sehiyye.info

Gənc qadın cərrah kişinin cinsiyyət orqanını kəsdi.

Gənc qadın cərrah kişinin cinsiyyət orqanını kəsdi.
Ağır əməliyyat olunan 30 yaşlı kişi reanimasiyaya düşdü.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki,Moskva şəhərində maraqlı hadisə baş verib.Belə ki,gənc cərrah qadın saunaya dəvət etdiyi 30 yaşlı evli kişini içkili olaraq yatan vəziyyətindən istifadə edərək,onun cinsiyyət orqanını kəsib.Zərərçəkənin dediyinə görə onlar kafe barların birində tanış olub və alkoqollu içki qəbul ediblər. Sonra qadın onu saunaya dəvət edib.Bundan sonra nə baş verdiyini kişi xatırlamır.Səhərə yaxın ayıldıqda 15 min rubl pulun və kompyuterinin olmadığını hiss edib.Daha sonra isə aşağı nahiyyəsində ağrı hiss etdiyindən təcili yardım çağırıb.Müayinə zamanı məlum olub ki,onun aşağı hissəsində cərrahiyyə əməliyyatı aparılıb və orqanının bir hissəsi kəsilib.Maraqlısı budur ki,əməliyyat edən adam bunu məharətlə yerinə yetirib.Xayaları kəsib və dərini ustalıqla tikib.Həkimlərin dediyinə görə bunu ya xirurq,ya da baytar həkim edə bilər.Belə bir versiya irəli sürülür ki,bu qadın xirurq qurbanı ilə köhnə bir məsələnin haqq hesabını çəkir.Cinayət hadisəsini kim və nə üçün törədildiyi hələ ki ,məlum deyil,hazırda qadın xirurq axtarılır.



REKLAM