sehiyye.info

Koronavirus onkoloji xəstələri sağaldırmı?– Xərçəng xəstələrində ilginc dəyişim

Koronavirus onkoloji xəstələri sağaldırmı?– Xərçəng xəstələrində ilginc dəyişim
Kovid virusu onkoloj xəstələrin qan analizi dəyərlərinə müsbət tərəfdən təsir edib, dəyişikliklərə səbəb olur.

Sehiyye.info Medicina.aza istinadən xəbər verir ki, pandemiya dövründə bir çox ölkələrdə həkimlər koronavirusun xərçəng xəstələrinə qəribə təsiri barədə faktlarla rastlaşıblar.

Nobosibirskdə 79 yaşlı qan xərçəngi xəstəsi Gennadiy Nikolayeviç 8 ildir onkologiyadan əziyyət çəkir.

O, ötən ay koronavirusu yoluxur, xəstəliyi ağır keçirir, daha sonra qan analizləri verir və həkimi ilə birgə şoka düşür: nəticələr normal idi. Halbuki xəstə 6 ildir ki, belə analiz görməmişdi.

"Məndə daim leykositlərr 20-25 olurdu, bu normadan 2 dəfə çox idi. Trombositlər də yüksək idi: 350. Bütün bu illər ərzində həkmlərin dediyi bütün dərmanları qəbul etdim, amma heç vaxt bu göstəricilər normaya düşmürdü. Amma indi möcüzə oldu"

Həkimlər kovidin xərçəng xəstəsinə belə təsirinin səbəbini izah etməyə çalışır.

Bir versiya var ki, covid 19 o qədər güclü virusdur ki, düşdüyü orqanizmdə özünə rəqib olan sigər virus və xəstəlikləri sıxışdırıb çıxarmağa çalışır.

İndi 79 yaşlı kişinin analizlərində leykosit 10, trombositlər isə 200-dür.

Onkoloqlar hesab edir ki, bu müvəqqəti effektdir, bu xəstələr gərək dinamikada müşahidədə olsunlar.

Son zamanlar onkologiyada şişə virusların daxil edilməsi ilə eksperimental metod üzərində iş gedir. Belə bir versiya çoxdan var: bəzi viruslar şiş hüceyrələrinin bölünməsinin qarşısını alır və ya onları məhv edir. Ola bilər, koronavirus da məhz belə təsir göstərib.



REKLAM