sehiyye.info

Pandemiya xəstəxanasının həkimi: “Koronavirus testlərinin 30 faizi yanlış nəticə göstərə bilər”

Pandemiya xəstəxanasının həkimi: “Koronavirus testlərinin 30 faizi yanlış nəticə göstərə bilər”
Azərbaycanda son vaxtlar COVID-19-a yoluxanların sayının azalması pandemiyanın sonu demək deyil.

Sehiyye.info xəbər verir ki,bu barədə Media.az-a pandemiya xəstəxanasının infeksionisti Süleyman Kamilov bildirib.

O, koronavirus testlərinin 30 faizinin yanlış nəticə göstərə biləcəyini vurğulayıb:


“Diaqnoz yalnız əlavə radioloji tədqiqatlarla təsdiqlənə bilər, lakin bu, ancaq kliniki əlamətlərin olması şərti ilə aparılmalıdır”, - deyə həkim əlavə edib.

Müsahib dükandan alınan, sifariş edilən ərzaq və yeməklər vasitəsi ilə koronavirusa yoluxmanın nə dərəcədə mümkün olmasına da aydınlıq gətirib. Həkimin sözlərinə görə, onları dezinfeksiya etməyə ehtiyac yoxdur, ibtidai gigiyenik qaydalara riayət etmək və həddi aşmamaq kifayətdir.

S.Kamilov xəstəliyin ilkin əlamətlərində təlaşa düşməməyi, bol maye içməyi, düzgün qidalanmağı və orqanizmin virusla mübarizəsinə kömək etmək üçün daha çox istirahəti tövsiyə edib. O, həmçinin sahə həkiminə müraciət etməyə və heç bir halda özünü müalicə etməyə çalışmamağa çağırıb.

İnfeksionistin fikrincə, pandemiyaya qarşı mübarizədə profilaktika və vaksinasiyadan başqa yol yoxdur.

“Tarixdən bilirik ki, peyvənd virus pandemiyası zamanı vəziyyətdən çıxmağın yeganə yoludur. İstənilən halda bu, bitməyib, üstəlik, fərqli ölkələrdə yeni virusların meydana çıxdığını nəzərə alaraq bizi nəyin gözlənildiyini bilmirik”, - deyə o, sözlərini yekunlaşdırıb.



REKLAM