sehiyye.info

Dağıstanda 50 uşaq zəhərləndi

Dağıstanda 50 uşaq zəhərləndi
Dağıstanın Buynaksk şəhərində otuz uşaq qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Sehiyye.info xəbər verir ki, bu barədə şəhər meriyasından məlumat yayılıb.

“Xəstəxanaya yerləşdirilənlərdə hərarət, ürək bulanması, qusma və bağırsaq narahatlığı simptomları müşahidə olunur”, - məlumatda qeyd olunub.

Dağıstan Səhiyyə Nazirliyinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

***

Qidadan zəhərlənən azyaşlıların sayı 50-yə çatıb. Onların vəziyyəti orta və yüngül dərəcədə qiymətləndirilir.//Axar



REKLAM