sehiyye.info

Ölmüş insanın virtual surəti çıxarılır: SENSASİON İXTİRA

Ölmüş insanın virtual surəti çıxarılır: SENSASİON İXTİRA
"Microsoft" şirkəti çat-botun yaradılması üçün insanların şəxsiyyətlərini virtual dünyada surətinin çıxarılmasına imkan verəcək qeyri-adi texnologiya üzərində çalışır.

Lakin sosial şəbəkələrlə bağlı problem ondan ibarətdir ki, onlar hansısa şəxsin ölümündən sonra da onun istifadəçi hesabını əks etdirirlər.

Sehiyye.info “technote”a istinadən xəbər verir ki, “Microsoft” şirkəti bunu mənfi bir özəllik hesab etmir və ölmüş şəxsin rəqəmsal surətini yaratmaq üçün yeni texnologiya fikirləşib.

Bu texnologiyadan istifadə edərək sosial şəbəkələrdə, messencerlərdə və digər rəqəmsal mənbələrdə olan yazılar əsasında ölmüş insanların rəqəmsal surətlərini yaratmaq mümkün olacaq.

Şirkət tərəfindən əldə olunmuş patentdə qeyd olunub ki, rəqəmsal mənbələrdə olan bu məlumatlar intellektual çat-botun yaradılmasında istifadə olunacaq.

Şirkət ölmüş insanın xarici görünüşünün surətini çıxarmaqla kifayətlənmək istəmir. Belə ki, ölmüş insanın virtual surət səsli məlumatlar, müxtəlif fotolar, elektron məktublar və messencerlərdəki mesajlar əsasında əsl psixoloji portretə sahib olacaq

Bu və ya digər məlumat əsasında virtual surətin şəxsiyyətinin xarakterini təyin edəcək rəqəmsal indeks yaradılacaq. Patentin təsvirində, həmçinin, “deep learning” texnologiyasından istifadə də qeyd olunub. Bu isə neyron şəbəkələrinin olacağı deməkdir. Lakin bu məlumat hələ dəqiq deyil.

Patentə əsasən, “Microsoft” bu cür texnologiyanı hazır proqram təminatı şəklində istifadəyə vermək istəmir. Bunun yerinə o, ödənişli abunəlik sistemi ilə çalışacaq servis yaratmaq niyyətindədir. Bu cür texnologiya sayəsində ölmüş insanların virtual surətlərini yaratmaqla yanaşı, istifadəçi, həmçinin, öz surətini də yarada biləcək. Bu halda istifadəçi özünün həm ikiölçülü modelini, həm də fərdi səs nitqinə sahib üçölçülü modelini yarada biləcək. Belə texnologiyanın nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.//lent.az



REKLAM