sehiyye.info

Xəstə üzərində uğurlu beyin-damar əməliyyatı aparılıb

Xəstə üzərində uğurlu beyin-damar əməliyyatı aparılıb
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə başgicəllənmə, göz qaralması, sol qolda keyləşmə və sol qol təzyiqinin çox zəif olması şikayətləri ilə müraciət edən xəstənin müayinəsi zamanı sol qol və beyinciyi qidalandıran arteriyada darlaşma, xəstənin beyincik arteriyasının tərs axın və onun yaratdığı digər problemlər də aşkar edilib. Bunun nəticəsində beyin qan dövranının pozulması ilə artan şikayətlər meydana çıxıb.

Sehiyye.info bildirir ki,Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, diaqnostik və invaziv cərrah, professor Ahmet Memişin apardığı endovaskulyar əməliyyat xəstənin narahatlığına son qoyub, qola və beyinciyə gedən qan axını bərpa olunub.

Hər iki qol təzyiqi bərabərləşəndən sonra xəstə əməliyyatın səhəri günü sağlam vəziyyətdə evə yola salınıb.



REKLAM