sehiyye.info

Gözəllik kraliçası müəmmalı şəraitdə öldü

Gözəllik kraliçası müəmmalı şəraitdə öldü
“Miss Meksika” gözəllik yarışmasında iştirak edəcək model Himene İtu evdə ölü tapılıb.

Sehiyye.info xarici KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı Himenanın ölümünün dəqiq səbəbləri sirr olaraq qalır. Polis, onun yarışmadan bir neçə həftə əvvəl intihar etdiyini ehtimal edir.

Hüquq-mühafizə orqanlarının sözçüsü ilkin məlumatların intihar etdiyini, lakin qızın ölümünün əsl səbəbini öyrənmək üçün istintaq aparılacağını söyləyib. Artıq məhkəmə ekspertləri bunun üzərində işləyirlər.

Bir ehtimala görə, qızın ölümünə narkotik də səbəb ola bilər. Foto modelin öldürüldüyü variantı da istisna edilmir.

Himena İtu 2019-cu ildə “Miss Aquaskalentes” titulunu qazanıb və martın 13-də keçirilməsi nəzərdə tutulan “Miss Meksika 2021”də iştirak edəcək namizədlərdən biri idi.

O, gözəllik müsabiqələrində iştirak etməklə yanaşı, tibb bacısı işləyir və Meksikanın Aquaskalentes şəhərində bu peşəyə yiyələnmək üçün təhsil alırdı.//lent.az



REKLAM