sehiyye.info

Bu ölkələrdə virusdan ölənlərin meyitlərini saxlamaq üçün yer tapılmır

Bu ölkələrdə virusdan ölənlərin meyitlərini saxlamaq üçün yer tapılmır
Çex Respublikasının şimal-şərqindəki Ostrava və Slovakiyanın qərbindəki Nitra şəhərlərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin dəfn edilməsi və saxlanması ilə əlaqədar ciddi problemlər yaranıb.

Bu barədə Sehiyye.info “Mlada fronta Dnes” qəzetinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 288 min əhalisi olan Ostravanın krematoriyası gecə-gündüz işləyir, lakin ölüləri yandırmağı çatdıra bilmir.

76,5 min insanın yaşadığı Nitrada, cəsədlərini saxlamaq üçün qış stadionundan istifadə etməyə hazırlaşırlar. Cəsədləri saxlamaq üçün səyyar soyuduculardan istifadə edilir.

Slovakiyada, son bir gündə koronavirusdan 204 nəfər həyatını ititirb. Bununla da ölənlərin ümumi sayı 2 521-ə çatıb. 10 milyon vətəndaşı olan Çex Respublikasında COVID-19 12 070 nəfərin ölümünə səbəb olub.//report



REKLAM