sehiyye.info

Uşaqların koronavirusa yoluxduğunu göstərən əlamətlər hansılardır?

Uşaqların koronavirusa yoluxduğunu göstərən əlamətlər hansılardır?
Uşaqlarda koronavirus infeksiyanın xarakterik simptomu böyüklərdən fərqlənir. Bu isə düşündüyümüz kimi qızdırma, öskürək deyil.

Bizim.Media xəbər verir ki, uşaqlarda koronavirus ilk növbədə özünü həzm orqanlarında problem, pozulma, ürəkbulanma, ishalla büruzə verir.

Eləcə də buna dəridə səpkilər də əlavə olunur. hansı ki, bu əlamət qripdə olmur.
Hətta bir çox uşaqlarda elə ilk və yeganə əlamət də dəridə səpkilər ola bilər.

Səpki bişməcə və ya içi şəffaf qabarcıqlar formasında olur. Maraqlısı odur ki, bu səpkilər ciddi qaşınma yox, yanma hissi verir.

Ona görə də həkimlər uşaqlarda başlayan kəskin ishala daha diqqətli yanaşmalı və koronavirusu inkar etməlidirlər.



REKLAM