sehiyye.info

Qazax xəstəxanası yüksək hərarəti olan əlil vətəndaşı qəbul etmir? – AÇIQLAMA + VİDEO

Qazax xəstəxanası yüksək hərarəti olan əlil vətəndaşı qəbul etmir? – AÇIQLAMA + VİDEO
Qazax rayon Kosalar kənd sakini Əliyev Nazim Abdulla oğlu 3 gündür yüksəsk hərarəti olduğu üçün təcili tibbi yardım avtomobili ilə Qazax Rayon Mərkəzi xəstəxanasına gəldiyini, lakin onu xəstəxanaya qəbul etmədiklərini iddia edir.
Sehiyye.info xəbər verir ki, onun bu iddiaları səsləndirərkən lentə alınmış görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda o II qrup əlil olduğunu bildirir və 39 dərəcə hərarətinin olduğunu qeyd edir.
Məsələ ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini ilə əlaqə saxladıq. Allahverdi həkim Yeniavaz.com-a bildirdi ki, yayılan kadrlar şantaj xarakterlidir, həqiqəti əks etdirmir:
“Hal-hazırda həmin şəxs xəstəxanadadır və müalicə alır. Koronavirus şübhəsi ilə ondan test götürülüb”.//Yeniavaz



REKLAM