sehiyye.info

Koronavirus kimləri aparır,hamıya maraqlıdır...

Koronavirus kimləri aparır,hamıya maraqlıdır...

Alimlər xəbərdarlıq edirlər ki, yaşlı insanlar, kişilər və xroniki xəstələr koronavirusundan ölmək riski altındadır. Uşaqlar üçün isə COVID-19 un az təsiri var.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,bu gün əsasən Çində 75 mindən çox insan COVID-19 koronavirüsünə yoluxub. Artıq demək olar ki, 15 min nəfər sağalıb, 2012 nəfər ölüb. Çinli tədqiqatçılar COVID-19'un kimlər üçün ölümcül olduğunu və xəstəliyin asanlıqla keçəcəyini və sağlamlığa ciddi zərər verməyəcəyini düşünürlər. Nəticə etibarı ilə,dünyada koronadan ölənlərin sayı Çindəkindən qat-qa çoxdur.
Çin alimlərinin apardığı təhqiqatlara əsasən ,dünya üzrə ölən insanlarda əsasən hipertoniya və şəkərli diabet xəstələri üstünlük təşkil edir.
Ən çox yaşlılar risk altındadır. Bunların arasında ən yüksək ölüm nisbəti% 14,8-dir. Doqquz yaşınadək uşaqlar arasında ölüm olmadı. Eyni zamanda, yeni doğulmuş körpələrə ən az iki yoluxma halı məlumdur - virusu analarından tutdular.

39 yaşınadək yaş qrupunda ölüm nisbəti yalnız 0,2% -dir və yaş artdıqca artır: qırx yaşlılarda koronavirusdan ölmə riski 0,4%, əlli yaşlılarda 1,3%, 70 yaşa çatdıqda isə 8% -ə çatır və bu rəqəm böyüməyə davam edir.
Ona görə də, sehiyye.info xəbərdarlıq edir ki,yaşlı valideynləri və qohumları risk altına atıb küçəyə buraxmaq olmaz.



REKLAM