sehiyye.info

Koronavirus son günlər 30-dan artıq can alır.

Koronavirus son günlər 30-dan artıq can alır.
Pandemiyanın ikinci dalğası gələndən respublikamızda gündəlik 25-30 adam dünyasını dəyişir.
Hələ də bu informasiyaya inanmayanlar var.Sehiyye.info xəbər verir ki,bu barədə müxtəlif həkimlərin müxtəlif fikirləri var.
Lakin koronavirusun nə qədər ciddi olduğunu hamı dilə gətirir.
Adının çəkilməsini istəməyən tibb işçisinin dediyinə görə, bu gün təkcə gecədən səhərə kimi 7 koronavirusa yoluxan xəstə keçinib və meyidi morqa təhvil verilib.
Respublika üzrə 32 ölü və 4212 yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək ölkəmizdə 114 min 25 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 min 691 nəfər müalicə olunaraq sağalıb, 1323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41011 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 700 min 654 test aparılıb. Bugünkü test sayı isə 18420-dir.
Xəstəliyin nə qədər ciddi olduğu gğz qabağındadır.Çalışın maskalardan istifadə edin və mümkün qədər evdən çölə çıxmayın. Vaxt udmaq ona görə lazımdır ki,vaksin üzərində çalışmalar davam edir.Ümid edirik ki,yaxınlarda kütləvi immunlaşma və vaksin məsələsi həll olunacaq.



REKLAM