sehiyye.info

Koronaya yoluxmanı bu cür azaltmaq mümkündür

Koronaya yoluxmanı bu cür azaltmaq mümkündür
İngilis mütəxəssislərin fikrincə, bəzi qaydalara əməl edilsə, koronavirusa yoluxma ehtimalı 70 faizə endirilə bilər.

Sehiyye.info xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında Lids Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış koronavirus ilə mübarizə haqqında qısametrajlı filmdə bəhs edilib.

Müəlliflərin fikrincə, otaqların havalandırılması virusa yoluxma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Qeyd edilib ki, məkanın havalandırılması üçün hava binaya küçədən daxil olmalıdır.

Tədqiqatçılar havanın mütəmadi olaraq otağa daxil olmasına imkan yaranması üçün gün ərzində pəncərələri vaxtaşırı olaraq 10-15 dəqiqə açıq saxlamağı məsləhət görürlər.//Axar.az



REKLAM