sehiyye.info

Alimlərdən inqilabi kəşf - İnsan kəlləsində yeni orqan tapıldı

Alimlərdən inqilabi kəşf - İnsan kəlləsində yeni orqan tapıldı
Hollandiyalı elm adamları kəllədə əvvəllər təsbit olunmayan bir orqan tapdıqlarını iddia ediblər.

Sehiyye.info teleqraf.com-a istinadən xəbər verir ki, elm adamları kəllədə burun boşluğunun boğazla birləşdiyi yerdə sıxılmış bir cüt böyük tüpürcək vəzisi tapdıqlarını bildiriblər.

Tədqiqat qrupundan Hollandiya Xərçəng İnstitutunun həkimi Metyu Valstarın sözlərinə görə, müasir anatomiya kitabında tüpürcək vəzilərinin yalnız üç əsas növü var - qulaqların yanında, çənənin altında və dilin altında: "Bunun dördüncüsü olduğunu düşünürük".

Valstar yeni aşkar edilmiş tüpürcək vəzisinin radiasiya terapiyasında zədələnmiş tüpürcək vəziləri üçün "əvəzedici orqan" rolunu oynaya biləcəyini qeyd edib.



REKLAM