sehiyye.info

Məşhur alimdən ŞOK İDDİA: 7 il əvvəl Çin və ABŞ koronavirusu laboratoriyada...

Məşhur alimdən ŞOK İDDİA: 7 il əvvəl Çin və ABŞ koronavirusu laboratoriyada...
Rusiya Dövlət Dumasının millət vəkili, tanınmış alim Gennadi Onişenko yeni növ koronavirus infeksiyasının süni mənşəli olması barədə xəbərlərə aydınlıq gətirib.

Sehiyye.info xəbər verir ki, Rusiyanın keçmiş baş sanitar həkimi NSN-in efirində COVID-19-un laboratoriyada meydana gəlməsinə dair mesajları şərh edib.

Onun sözlərinə görə, yeddi il əvvəl Çin və ABŞ mütəxəssisləri koronavirusu laboratoriyada çoxaltmağı bacarıb, lakin iddia edildiyi kimi, virus bundan sonra heç bir yeni xüsusiyyət əldə etməyib. Elm adamları laboratoriya şəraitində əvvəllər mövcud olan koronavirusları çoxaltmaqla kifayətlənib.

“2013-cü ildə çinlilər və amerikalılar birlikdə koronavirusun tam genomik ardıcıllığını və tərs məhdudlaşdırmanı həyata keçirdilər. Ancaq xüsusiyyətlərini dəyişdirə biləcək bir şey əldə olunmadı, eyni virus sadəcə çoxaldıldı. Sadəcə bunun mümkün ola biləcəyini sübut etdilər. Yalnız koronavirusu deyil, başqa virusları da. Koronavirus növlərarası baryeri aşdı, kiçik məməlilərdən, hymenopteralardan insanlara keçdi”, - mütəxəssis əlavə edib.

Eyni zamanda Qennadi Onişçenko bu ötürücülüyün baş tutmasında insan əli olduğunu da istisna etməyib.

Ekspertin qənaətincə, Yer kürəsinin əhalisi altıncı texnologiya dövrünə qədəm basıb, odur ki, biotexnologiya və sintetik biologiya sahəsindəki üstünlüklərin sayəsində yalnız süni bir virus deyil, həm də süni bir həyat yaratmaq mümkün olacaq.



REKLAM