sehiyye.info

Almaniya Azərbaycana 6 süni tənəffüs aparatı göndərib

Almaniya Azərbaycana 6 süni tənəffüs aparatı göndərib
Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan Respublikasına texniki yardım göstərmək məqsədilə 6 ədəd "Dräger Evita V600" süni tənəffüs aparatını ölkəmizə göndərib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-si Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dr. Volfqanq Maniqin başçılıq etdiyi heyət ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevin başçılıq etdiyi heyət sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak edib.

Tədbirdə R.Ağayev Almaniyanın ölkəmizdəki Səfiri Dr. Volfqanq Maniqə Azərbaycana göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.



REKLAM