sehiyye.info

Biz niyə darıxırıq? Darıxmaq nədir? Darıxmağın səbəbi nədir?

Biz niyə darıxırıq? Darıxmaq nədir? Darıxmağın səbəbi nədir?
Bəzi insanlar cansıxıcı şəraitə daha çox həssasdırlar. "Üstüörtülü narsisizmdən" tutmuş zəif özünüidarəetməyədək kimi halların təhlili bu sirli duyğuların mənşəyini daha yaxşı tanımağımıza kömək edə bilər.

Klapanlar bir-birinə dəyir, gurultu səsi, raketin mühərrikləri alovlandıqca arxadan güclü təkanlar hiss olunur. Bunların həyatın son qiymətli anları ola biləcəyi həyəcanverici dərəcədə realdır.

Kosmosa uçuş həyəcanlandırıcı bir səyahətdir. 1982-ci ildə karyerasında ikinci dəfə kosmosa uçan kosmonavt Valentin Lebedev start mərhələsində raketin sola-sağa çalxalandığını hiss edirdi.... daha sonra nəhayət gəminin yerdən ayrıldığını hiss etdi. Ekipaj üzvləri raketin kosmosa uçmağa başlamasını "Getdik!" qışqırığı ilə qarşılamışdılar - bunun səbəbi tam aydın deyil.

Lebedevin kosmik sərgüzəştləri adrenalinin yüksəlməsi ilə başlasa da, qısa müddət ərzində həmin hiss yoxa çıxdı - o, Salyut 7 kosmik stansiyasındakı yeddi aylıq missiyasının elə ilk həftəsində darıxmağa başladı. Gündəliyində yazdığı kimi "gündəlik darıxdırıcı həyat başladı".
Biz niyə darıxırıq? Darıxmaq nədir? Darıxmağın səbəbi nədir?
Biz adətən düşünürük ki, darıxma hissi darıxdıcı işlərin görülməsinə bir cavab olaraq yaranır. Darıxma hissinin nə olduğu dəqiq bilinmir. Onilliklər ərzində aparılan araşdırmalar bunun kifayət qədər sirli olduğunu və bu hissin hər bir insanda özünü fərqli göstərdiyini ortaya qoyub.

"Düşünürəm ki, cansıxıcılıq siqnalını hamı alır, - Ontario-dakı Waterloo Universitetinin cansıxıcılıq laboratoriyasının rəhbəri James Danckert deyir. - Bəzi insanlar həqiqətən də bu hissin öhdəsindən yaxşı gələ bilir".

2014-cü ildə Virginia Universitetinin sosial psixoloqlar komandası tərəfindən bir qrup insan üzərində təhtəlşüurun öyrənilməsilə bağlı sınaq keçirilərkən maraqlı bir müşahidə qeydə alınıb. Belə ki, sınaqda iştirak edən qadınların təxminən 25 faizi və kişilərin 67 faizi bir otaqda cəmi 15 dəqiqə ərzində tək qaldıqları zaman özlərinə bilərəkdən elektrik cərəyanı keçən naqil toxundurublar.

İştirakçılardan biri isə bunu təxminən 200 dəfə edib.
Biz niyə darıxırıq? Darıxmaq nədir? Darıxmağın səbəbi nədir?
Darıxdırıcı şəraitə həssaslığın dərəcəsi bəzi insanların genetikası ilə əlaqəli ola bilər

Koronavirusla bağlı karantin rejimləri göstərdi ki, darıxdırıcı şəraitdən çıxış yollarının axtarılması təkcə elmi laboratoriyalarda aparılmır.

Digər tərəfdən, bəzi insanlar məqsədyönlü olaraq darıxdırıcı sayıla biləcək halları fəal şəkildə axtarırlar. 1986-cı ildə Christopher Knight Maine ərazisində bir meşəyə sığınıb və 27 il ərzində oradan çıxmayıb, çıxanda isə deyib ki, həmin müddət ərzində heç zaman darıxmayıb - baxmayaraq ki, öz etirafına görə, orada olduğu müddət ərzində tamamilə heç bir işlə məşğul olmayıb.

Bəs bu niyə belədir?
Cansıxıcılıq barədə ən erkən qeydlərdən biri qədim Roma dövrünün filosofu Senekaya məxsusdur.

O, bir dostu ilə yazışmada yazıb:"Quo usque eadem" - "Eyni şeyləri nə qədər davam etməliyik?"

Və sonra fikrini belə davam edib: "Yeni heç nə etmirəm. Yeni bir şey görmürəm. Son nəticədə, bu da ürəkbulanmaya gətirib çıxarır".

Ekran qarşısında keçirdiyi vaxtı azaltmaq istəyənlərə 5 tövsiyə
İntrovertləri necə xoşbəxt etməli?
İngilis dilində "cansıxıcılıq" sözü XIX əsrin əvvəllərində peyda olsa da, bu sözün ictimai şüurda özünə yer etməsi yazıcı Charles Dickens-in öz romanlarından birində həmin sözdən istifadə etməsindən sonra baş verib.

Müasir dövrdə isə darıxdırıcı şəraitə demək olar ki, hər yerdə rast gəlmək mümkündür - bəzən o, müasir cəmiyyətin vəbası kimi də təsvir olunur.

2016-cı ildə Fransada bir işçi keçmiş işəgötürəninə qarşı "tükəndiyinə" görə məhkəmə iddiası qaldırıb və həmin məhkəməni udub. 1990-cı illərin ortaları - 2010-cu illərin sonunda doğulanlardan ibarət olan Z nəsli artıq yeni bir "telefon cansıxıcılığı" da icad edib.

Cansıxıcılığın müəyyən edilməsi

Bəzi insanların xroniki olaraq darıxma hissi keçirməsi, digərlərinin isə daimi olaraq əyləncəsiz yaşaya bilməsi psixoloqları həmişə maraqlandırıb.

Psixoloqların cansıxıcılığın nə olduğu məsələsində yekdil fikrə gəlməməsi də bu sualın cavabının tapılmasını çətinləşdirib.
Biz niyə darıxırıq? Darıxmaq nədir? Darıxmağın səbəbi nədir?



REKLAM