sehiyye.info

“Qərbi Nil virusu”.Almaniyada təqribən 10 nəfər bu virusa yoluxub.

 “Qərbi Nil virusu”.Almaniyada təqribən 10 nəfər bu virusa yoluxub.
Almaniyada qan analizlərində “Qərbi Nil virusu” təsdiqlənmiş şəxslərin sayı 10 nəfərə çatıb.

Sehiyye.info xəbər verir ki, bu xəstəliyin yayılma sahəsi hələlik Berlin və Leypsiqlə məhdudlaşır. Lakin infeksionistlər artıq həyəcan təbili çalır və ölkənin başqa regionlarında yaşayan həmkarlarına xəbərdarlıq edirlər ki, onlar bu xəstəliyin ilk əlamətlərinin aşkarlandığı şəxsləri dərhal izolyasiya etsinlər və müayinəyə başlasınlar.

Bu xəstəlik törədicisinin kökləri Afrikaya gedib çıxır. Virus ağcaqanadlardan ötürülür. İnsanlardan başqa, quşlar və atlar da bu xəstəliyə tutula bilər. Almaniyada ilk pasiyent bu xəstəliyə ötən ilin sonunda tutulub. Ehtimal ki, virus Avropaya Afrikadan gələn köçəri quşlar vasitəsilə düşüb. İndi isə sübut olunub ki, xəstəlik törədicisi Almaniyada azı bir qış mövsümü keçirib.//AZƏRTAC



REKLAM