sehiyye.info

Qrip və koronavirusun ikiqat TƏHLÜKƏSİ: Gənclər yoluxacaq

Qrip və koronavirusun ikiqat TƏHLÜKƏSİ: Gənclər yoluxacaq
Həkimlər ikinci COVID-19 dalğasının birincidən daha təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etməyə davam edir. Bunun səbəbi koronavirusun payız üçün ənənəvi tənəffüs yolları xəstəlikləri ilə üst-üstə düşməsidir. Bu halda virus sadəcə yaşlı insanlar və xəstələr üçün deyil, güclü immuniteti olan gənclər üçün də təhlükəlidir.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, rusiyalı bioloq Nikolay Kontarov gənclərin aktiv həyat tərzi səbəbilə virusa yoluxma ehtimalının daha yüksək olduğunu qeyd edib. Gənclər böyük şirkətlərdə görüşərək və müxtəlif izdihamlı yerləri gəzərək həyatlarını tam şəkildə yaşamağa davam edirlər. Odur ki, həm koronavirusa, həm də qripə yoluxa və onu yaya bilərlər. Mütəxəssisin sözlərinə görə, cəmiyyətdə yeni tip virusun yayılması davam etdiyi üçün qrip hər yaş qrupu üçün təhlükəli ola bilər:

“Ancaq bu il vəziyyət fərqlidir. Ağciyərlərdə çoxalan iki virus tənəffüs sisteminə ikiqat zərbə vurur. Hər qrip müalicəyə müsbət cavab vermir. Üstəlik, virusun sonrakı fəsadları hələ də tam məlum deyil”.

Mütəxəssisin fikrincə, ağır sinir xəstəlikləri də daxil olmaqla bir çox xəstəlik viral etimologiyaya malikdir. Onların yaranmasının səbəblərindən biri – keçirilmiş infeksiyalardan virusların orqanizmdə mövcudluğudur. Orqanizm güclü intoksikasiyaya məruz qalır, qaraciyər və böyrəklər yüklənir. Çox vaxt bir çox virus ürək kisəsinə də mənfi təsir göstərir. Əsas təhlükə bütün bunların dərhal görünməməsi ilə bağlıdır.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis İlya Akinfiyev isə qrip və koronavirusun insan orqanizminə birgə təsirinin hələ araşdırılmadığını, lakin uzunmüddətli nəticələrin təsəvvür edilə biləcəyini qeyd edib:

“Qrip virusunun dövriyyəsi noyabr ayında başlayır və mart ayına qədər davam edir. Lakin hələ belə hallar olmayıb və ümid edirik ki, peyvəndin köməyi ilə bu cür xəstələrin sayını minimuma endirmək mümkün olacaq”.

Mütəxəssisin dediyinə görə, ehtimal ki, apreldə gördüyümüzdən daha ağır sətəlcəm halları olacaq. Daha sürətli inkişaf edəcək və xəstəlikdən intoksikasiya daha güclü olacaq.

Qamaleya Mərkəzinin direktoru Aleksandr Qintsburq yaxşı interferon statusuna sahib insan orqanizminə koronavirusun minimal təsir etdiyini və gənclərin virusu bir qayda olaraq yüngül keçirdiyini bildirib. Mütəxəssis bunu COVID-19-un interferona çox həssas olması ilə izah edib: “Qrip virusu isə interferona daha az həssasdır, buna görə gənclər daha tez-tez qripə yoluxur. Odur ki, əvvəlcə qripə qarşı peyvənd vurdurmaq lazımdır, 1,5 ay sonra koronavirusa qarşı çox miqdarda peyvənd peyda olacaq. İnsanlıq öhdəsindən gələcək”, - Qintsburq qeyd edib.



REKLAM