sehiyye.info

Rijikov: Rusiya peyvəndi 6 ay sonra...

Rijikov: Rusiya peyvəndi 6 ay sonra...
Rusiyanın “Vektor” araşdırma mərkəzinin hazırladığı koronavirus peyvəndi ömürlük immunitet qazandırmır. Peyvəndin qoruyuculuğunun 6 ay müddəti var.

Sehiyye.info Publika.az-a istinadən xəbər verir ki, Zooloji Xəstəliklər Departamentinin rəhbəri Aleksandr Rıjikov “Rospotrebnadzor”un İnstqram hesabındakı canlı yayımında deyib.

O bildirib ki, bu müddət müsbət qiymətləndirilməlidir:

“Çünki üstümüzdə həyat boyu davam edəcək dəyişiklik yaratmamış oluruq. Bu müddət bitən zaman lazım gəldikdə yenidən peyvənd vurdurmaq mümkün olacaq”.

Qeyd edək ki, “Vektor” mərkəzi hazırladığı peyvəndin kliniki testlərinə başlamaq üçün iyulun 24-də Səhiyyə Nazirliyindən icazə almışdı. Testlər sentyabrın 30-da tamamlanacaq.



REKLAM