sehiyye.info

“PAYIZDA BİZİ DAHA PİS NƏTİCƏ GÖZLƏYİR” - Həkimlərdən qorxudan proqnoz

“PAYIZDA BİZİ DAHA PİS NƏTİCƏ GÖZLƏYİR” - Həkimlərdən qorxudan proqnoz
Pandemiyanın ikinci dalğasının gəldiyi söylənsə də, əvvəlki panika müşahidə olunmur. Hətta belə demək olarsa, COVİD-19 infeksiyasının təhlükəliliyi arxa plana keçməkdədir. İstər başqa ölkələrdə, istər Azərbaycanda karantinin yaratdığı təcrübə, necə yaşamaq qaydaları, xəstəliyin nə dərəcədə qorxulu olub-olmadığı presedentləri artıq insanlarda bir arxayınlıq yaradıb. Elə adamlar var ki, hələ də koronavirusun varlığına, pandemiya səviyyəsində yayıldığına inanmırlar. Bir çoxları isə ikinci dalğanın böyük zərbə vuracağını gözləmirlər. Yəni pandemiyanın ilk həmləsi daha qüvvətli və təsiredici idi. Çünki o zaman indiki qədər təcrübə, qorunma yolları yoxuydu.

İndi isə Azərbaycanda koronavirusa yoluxanların müalicəsi üçün modul tipli xəstəxanalar istifadəyə verilib, xaricdən mütəxəssislər cəlb olunub, regionlarda infeksiyanın yayılması minimuma endirilib, vətəndaşlar maska taxmaq, dezinfeksiya etmək qaydalarını vərdişə çevirirlər, üstəlik, Rusiya peyvənd kəşf edib və beləliklə, pandemiya gündəmdən çıxır, marağı itirir.

Tibb elmləri doktoru, Meçnikov adına Peyvənd və Profilaktika İnstitutunun laboratoriya müdiri Mixail Kostinov inanır ki, istənilən halda payızda ikinci dalğa baş verəcək.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm isə belə düşünmür. Həkimin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda pandemiyanın hələ birinci dalğası qurtarmayıb.



REKLAM