sehiyye.info

Biri alma,biri heyva,biri nar...

Biri alma,biri heyva,biri nar...
Payız fəsillər içərisində bolluq, məhsul mövsümü kimi tanınır. Bu fəsildə alma, armud, üzüm, nar, gavalı, heyva, xurma, zoğal və başqa meyvələr yetişir. Sehiyye.info xəbər verir ki,bazarlarda hazırda meyvə bolluğudur.
Orqanizmi qışa hazırlamaq üçün payızda lazımi vitaminləri qəbul etmək lazımdır. Meyvə yemək immun sistemini gücləndirir.Meyvələr vitamin və minerallarla zəngindir. Nə qədər çox meyvə yesək, beynimizin hüceyrələri o qədər yaxşı inkişaf edər və yaddaşımız güclənər. Zərərli meyvə yoxdur.
Meyvələrin hamısı gözəl və vitaminlidir.Payızın əsas meyvələri isə Alma,heyva və Nar sayılır.Hər üç meyvənin tərkibində dəmir boldur.
İmkandan istifadə edərək bu meyvələrdən lazımınca istifadə edin.
Sağlamlıq üçün vitaminlər mütləqdir.



REKLAM