sehiyye.info

Dünyanı heyrətə gətirən ƏNƏNƏ: Müsəlman qadın kişinin çiyninə toxunub...

Dünyanı heyrətə gətirən ƏNƏNƏ: Müsəlman qadın kişinin çiyninə toxunub...

Dünyanın müxtəlif yerlərində müxtəlif xalqların müxtəlif ənənələri var. Bu fərqli və maraqlı ənənələr zaman-zaman təəccüb doğura bilər. Nigeriyadakı bu ənənə də, o cümlədən.

Lent.az məlumat verir ki, Nigeriyadakı bu qəbilə bəziləri üçün fərqli görünsə də, yerli insanlar üçün çox vacib olan bir ənənəni həyata keçirirlər. Buradakı insanlar hər il bizim adət etmədiyimiz bir gözəllik yarışması təşkil edirlər.

Vodabe adlı bu qəbilənin bir özəlliyi də kişi gözəllik yarışmasıdır. Qəbilə gözəlliyə o qədər əhəmiyyət verir ki, evli qadın ərindən daha gözəl bir kişi ilə evlənə və ondan övlad sahibi ola bilər. Bu gözəllik yarışması üçün kişilər 1 il hazırlaşır. Həm vaxtı, həm də pulu xüsusi paltarlara və makiyaja xərcləyirlər.

Hər il sentyabr ayında keçirilən “Gerevul” (Tərcümədə “yayın sonu” deməkdir.) festivalı rəngarəng görüntülər səhnəsidir. Qəbilədə adət olaraq bir kişinin ilk evliliyi o, hələ uşaq ikən ailəsi tərəfindən təşkil olunur. Eyni nəsildən olan əmiuşağından biri ilə evlənməyə məcbur edilir. Qadınlar bu festivalda özləri üçün ikinci ər də seçə bilərlər. Bu ikinci həyat yoldaşı ilə qurduqları ailəni “Sevgi evliliyi” adlandırırlar. Nəticədə birinci həyat yoldaşları ailəsi tərəfindən seçilən və özlərinin bir söz demə hüququ olmayan qadınlar, ikinci evliliklərində bu hüquqa sahib olurlar.

Kişilər geyinir, bəzənir, qadınların qarşısında özlərini nümayiş etdirir və onları bəyənmələri üçün əllərindən gələni edirlər. Dodaq və gözlərindəki tünd rəngli makiyaj ilə qadınları heyrətləndirməyə çalışırlar. Üzlərinə çəkdikləri hər boya üz cizgilərini vurğulamağa kömək edir. Kişilər bu yarışmada özlərini dünyanın ən gözəl insanı kimi görürlər. Yanlarında duran köməkçilər yarışma başlayana qədər kişilərin üzlərini yoxlayır və makiyajlarını düzəldirlər. Boyun və qulaqlarına aksesuar taxan kişilər, bu üsulla gözəlliklərinə gözəllik qatmağa çalışırlar. Bu festivalda onlar xüsusi geyimlər geyinirlər. Festival qabağı hazırlıq kişilərin saatlarla vaxtını alır. Şənliyin keçiriləcəyi ərazi isə günlərlə gizli saxlanılır. Məkan son anda müəyyən olunur.

Qadınlar yeni ərləri kimi ən çox heyran olduqları kişiləri seçirlər və yeni ər-arvadın keçmiş ərinin xəbəri olmadan birlikdə olmaları sakinlər tərəfindən təsdiqlənir. Bu qəbilədə qadınlar birdən çox kişi ilə evlənə bilərlər. Qəbilə kişilərinin arvad seçməkdə heç bir söz demək hüququ yoxdur. Əlbəttə ki, müsabiqənin münsiflər heyəti qadınlardan ibarətdir. Gülümsəyən, gözəl dişli, hündür boylu, yaraşıqlı və gözəl geyimli kişilərin rəqiblərindən seçilmək şansları qat-qat yüksəkdir. Qadınlar ər olaraq seçdikləri kişinin yanına gedərək yüngülcə çiyninə toxunur və onu seçdiklərini bu formada elan edirlər.

Sentyabr yağışların sonu və köçlərin başlanğıcı deməkdir. Bu zamana təsadüf edən festival mahnı və rəqslərlə daha rəngarəng olur. Festival yeddi gün davam edir.

Bu yarışmada iştirak etmək üçün yalnız gözəl olmaq kifayət deyil. Daha əvvəl ataları bu yarışmada iştirak etmiş kişilər festivalda yer ala bilərlər.

Fula dilində danışan qəbilə maraqlı ənənələri ilə bütün dünyanı təəccübləndirirlər.

REKLAM