sehiyye.info

14 yaşlı qız zorla nişanlandı - Komitə işə qarışdı

14 yaşlı qız zorla nişanlandı - Komitə işə qarışdı
Azərbaycanda yeniyetmə qızın məcburi ərə verilməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Sehiyye.info xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

O, bu gün səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılacağı məlumatını aldığını bildirib.

"Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb, hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib".//teleqraf



REKLAM