sehiyye.info

Koronavirus beyinə də keçə bilir: zədələnən sinir sistemi, pozulan həzm sistemi və digər fəsadlar

Koronavirus beyinə də keçə bilir: zədələnən sinir sistemi, pozulan həzm sistemi və digər fəsadlar
"Covid-19" xəstəliyi sadəcə tənəffüs yollarının infeksiyası deyil. Araşdırmalar göstərir ki, koronavirusa yoluxanların böyük qismində həm də sinir sistemi zədələnib.

Virusun sinir hüceyrələrinə təsiri hələ öyrənilməyib, ancaq alimlər onların arasında hansısa formada əlaqə olduğuna şübhə etmirlər: dad və iy bilmək hisslərinin itməsi hələ mart ayının ortalarından "Covid-19"-un əlamətlərindən hesab olunur.

Bundan başqa, virus gənzikdən birbaşa beyinə də keçə bilir və bu, demək olar ki, bütün orqanların fəaliyyətinə təsir edən fəsadların yaranmasına gətirib çıxarır.

Bunun nəticəsində yarana biləcək yan xəstəliklərin siyahısı çox uzundur: həzm problemindən və damar tıxanmalarından tutmuş ürək çatışmazlığına və ensefalitə (beyin iltihabı) qədər.//BBC



REKLAM