sehiyye.info

Ayaq sümüyündən kəsib çənə düzəltdilər.

Ayaq sümüyündən kəsib çənə düzəltdilər.
Onkoloji xəstəliyi olan xəstənin ağız boşluğunda və çənəsində şişi ,eləcə də şişlə yanaşı, çənənin bir qismi də götülürüb. Çənədən çıxarılan sümüyün əvəzinə isə ayaq sümüyündən idtifadə olunub.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,hadisə Türkiyədə baş verib.Xəstəni Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında əməliyyat ediblər.
68 yaşlı kişi xərçəng səbəbiylə daxili damar toxuma və çənə sümüyü çıxarılandan sonra ona ayaq sümüyündən çənə qoyulub. 10 saatdan çox davam edən əməliyyatdan sonra 68 yaşlı Ekrem Sungurtekin sağaldı. Əməliyyat, təxminən 2 ay əvvəl açılan Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının ilk böyük əməliyyatlarından biridir.
Xəstə özünü yaxşı hiss edir və həkimlərə minnətdarlığını bildirir.Onun dediyinə görə son bir ildə həyatı cəhənnəmə dönmüşdü,ağrılardan inihar həddinə çatmışdı.Şiş və çənənin bir hissəsi götürüldükdən sonra həyata yenidən gəldiyini qeyd etdi.
Ayaq sümüyündən kəsib çənə düzəltdilər.



REKLAM