sehiyye.info

Azərbaycanda bu gün "Covid-19"dan ölüm 6, yoluxma sayı 279

Azərbaycanda bu gün  "Covid-19"dan ölüm 6, yoluxma sayı 279
Ötən 24 saat ərzində koronavirus infeksiyasına 279 yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sehiyye.info xəbər verir ki, Operativ Qərargahın verdiyi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 32 min 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 26 min 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib. Aktiv xəstə sayı 5229 nəfərdir.

Ötən müddət ərzində 732 min 236 test aparılıb.



REKLAM