sehiyye.info

Ölkəmizdə aktiv koronavirus xəstələrinin sayı xeyli azalıb

Ölkəmizdə aktiv koronavirus xəstələrinin sayı xeyli azalıb
İyulun 30-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8532 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 717 min 164-ə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 5951-dir. Xəstələrdən 275 nəfəri reanimasiyadadır ki, onlardan da 69-u süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 30-da Azərbaycanda koronavirus infeksiyasına daha 339 yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.



REKLAM