sehiyye.info

Azərbaycan Tibb Universitetində növbəti təkmilləşdirmə kursu keçirilib

Azərbaycan Tibb Universitetində növbəti təkmilləşdirmə kursu keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti təkmilləşdirmə kursu təşkil edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda “Ekləmpsiya, preekləmpsiya” və “Tibb bacısının ən çox buraxdığı səhvlər və əllərin dezinfeksiyası” mövzularında məruzələr edilib və yeniliklərdən danışılıb.

Bilik, bacarıq və peşəkar vərdişlərin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə həyata keçirilən təkmilləşdirmə kursları mütəmadi olaraq klinikanın bütün şöbələrində həyata keçiriləcək.



REKLAM