sehiyye.info

12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi danışdı

12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi danışdı
Mərkəzi Gömrük Hospitalında 12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb.
Sehiyye.info report-a istinadən xəbər verir ki, sağalan şəxs Bəhruz Məhərrəmovdur.
O, bu gün jurnalistlərə açıqlamasında iyunun 17-də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib: “Təngnəfəs olmuşdum, özümdə deyildim. Ondan bir həftə əvvəl evdə qızdırmam oldu. Istədim evdə özümü müalicə edəm, amma təngnəfəs oldum. Dayana bilmədim, təcili yardımla gəldi bura. 12 gün süni nəfəs aparatında qaldım. Sonra aparatdan ayırıldım. İndi özümü yaxşı hiss edirəm”.



REKLAM