sehiyye.info

60 xəstənin vəziyyəti ağırdır - TƏBİB

60 xəstənin vəziyyəti ağırdır - TƏBİB
Ötən gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6240 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 522 min 773-ə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8397-yə bərabərdir. Xəstələrdən 343 nəfəri reanimasiyadadır ki, onlardan da 60-ı süni tənəffüs cihazına qoşulub.//Axar.az



REKLAM