sehiyye.info

Respublikada QİÇS xəstələriin rəsmi sayı açıqlanıb.

Respublikada QİÇS xəstələriin rəsmi sayı açıqlanıb.
Hazırda Azərbaycanda qeydə alınmış HİV-ə yoluxmuş insanların sayı 570 nəfər təşkil edir.

Sehiyye.info Oxu.Aza istinadən xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Natiq Zülfüqarov “VİÇ-ə yoluxmuş insanlara qarşı diskriminasiya ilə mübarizədə KİV-in rolu” mövzulu tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, yoluxmuş insanlardan 559-u Azərbaycan vətəndaşı, 11-i ölkədə yaşayan xarici vətəndaşlardır.

“Qeydiyyata alınmış 559 Azərbaycan vətəndaşından 354-ü kişi, 205-i qadındır. Bizim ölkədə insanlar daha çox cinsi yolla QİÇS-ə yoluxur, bu demək olar ki, yoluxma hallarının 58 faizini təşkil edir” deyə Zülfüqarov bildirib.

Şöbə müdiri eyni zamanda Azərbaycanda ilk QİÇS-ə yoluxma halının 1987-ci ildə qeydə alındığını xatırladıb.

“1987-ci ildən bu günə kimi bu xəstəlik 877 nəfərin həyatına son qoyub” deyə həkim bildirib.



REKLAM