sehiyye.info

Gec yatan insanların bədənində hansı dəyişikliklər baş verir?

Gec yatan insanların bədənində hansı dəyişikliklər baş verir?
Moskva Dövlət Universitetinin Fundamental Tibb Fakültəsinin böyük elmi işçisi, həkim Zuxra Pavlova gec yatmağın zərərlərindən danışıb.

Sehiyye.info xəbər verir ki, ekspert möhkəm yuxu ritminin hormonal fonu tənzimlədiyini bildirib.

“Gec yatmağa üstünlük verənlər daha çox yağ toxumasına sahib ola bilərlər. Sirkadiyalı yuxu ritmləri deyilən bir şey var ki, insan ondan asılıdır. Vahid təbii ritmlərdən asılı olaraq sadəcə dəniz və okeanlar axmır, insan bədəni də günün vaxtına diqqət yetirərək öz hormonal əsasını qurur. Gec yuxuya gedən insanda bir çox vacib hormon və bunlardan əvvəl bütün hormonal sistemin “dirijoru” rolunu yerinə yetirən kortizolun balansı pozulur. Vücud bu nizamsız ritmlərə uyğunlaşa bilsə də, məcburi uyğunlaşma prosesində sağlamlığını itirə bilər. Odur ki, bədəninizə diqqətlə və vaxtında qayğı göstərməlisiniz”, - mütəxəssis izah edib.



REKLAM