sehiyye.info

Rusiyada koronavirus peyvəndi ilə bağlı ŞAD XƏBƏR - İlk sınaq başladı

Rusiyada koronavirus peyvəndi ilə bağlı ŞAD XƏBƏR - İlk sınaq başladı
Rusiyada COVID-19-a qarşı peyvəndin klinik sınaqlarına hazırlıq çərçivəsində könüllülərin 14 günlük təcrid rejiminə start verilib.

Bu barədə RİA Novosti Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Peyvəndin sınaqları üçün iki qrup könüllü seçilib. İlk qrupa hərbçilər, ikinci qrupa isə mülki vətəndaşlar daxildir.

Müdafiə Nazirliyindən bildirilib ki, 50 könüllü hərbçi təcrid edilib. Həmçinin, mülki vətəndaşlardan seçilən könüllülər də xüsusi hospitalda yerləşdiriliblər.



REKLAM