sehiyye.info

UNICEF-dən xəbərdarlıq: "Hər gün 6 min uşaq ÖLƏ BİLƏR"

UNICEF-dən xəbərdarlıq: "Hər gün 6 min uşaq ÖLƏ BİLƏR"
"Yeni tip koronavirus pandemiyası dövründə 68 ölkədə doğuş zamanı peyvəndən imtina edilməsi səbəbindən bir yaşdan kiçik 80 milyon uşaq risk altındadır".

Sehiyye.info xəbər verir ki, bunu UNICEF-in icraçı direktoru Henrietta Fore deyib.

O bildirib ki, öncədən qarşısı alına bilən xəstəliklər üçün nəzərdə tutulan peyvəndlərdən pandemiya dövründə vaz keçilib: ""Evdə qal" kampaniyasına qoşulan ölkələrdə tibbi xidmətlərin səviyyəsi aşağı düşüb. Buna görə doğuş zamanı edilən peyvəndlərdən imtina edilib. Bu isə qarşısı alına biləcək xəstəliklərin ölümə səbəb olmasına gətirib çıxaracaq. Növbəti 6 ay ərzində hər gün 6 min uşaq ölə bilər". (publika.az)



REKLAM