sehiyye.info

ATU-da 100 yaşlı kafedranın yeni tədris və elm mərkəzi açılıb (FOTO)

ATU-da 100 yaşlı kafedranın yeni tədris və elm mərkəzi açılıb (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində yeni Tədris Mərkəzinin açılışı olub.

Kafedranın 100 illik yubileyinə həsr olunmuş açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

Nazir Oqtay Şirəliyevə yeni Tədris Mərkəzinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illiyi münasibətilə yeni layihə əsasında yenidən qurularaq innovativ avadanlıqlarla təchiz edilməsi haqqında məlumat verilib. Mərkəzdə tədris otaqları və mühazirə zalı ilə yanaşı, tələbələrin praktik bilgilərini daha dərindən mənimsəməsi üçün zəruri avadanlıq da quraşdırılıb.

Yeni Tədris Mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirən səhiyyə naziri Oqtay Şirəliyev bu mərkəzin tədrisin beynəlxalq standartlara uyğun formada təşkili baxımından böyük əhəmiyyət daşıdığını bildirdi.

ATU-nun rektoru professor Gəray Gəraybəyli yeni Tədris Mərkəzi, o cümlədən ümumiyyətlə Tibb Universitetində yaradılan şərait, aparılan islahatlar, təhsil və tədris sistemindəki yeniliklər, gözləntilər barədə cənab nazir və mərasim iştirakçılarına ətraflı məlumat verdi.

Daha sonra ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski kafedranın fəaliyyəti, işçi heyəti, yeni Tədris Mərkəzinin planları haqqında məlumat verdi.

Qeyd edək ki, 2019-cu il fevral ayının 18-də Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illiyi tamam olur. Kafedra 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin ilk ən böyük fakültəsi olan Tibb fakültəsi nəzdində yaradılıb. 1930-cu il may ayının 9-da bu fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb və kafedra həmin institutun nəzdində fəaliyyətini davam etdirib.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

REKLAM