sehiyye.info

Koronanın “xeyiri” də, var imiş :Uşaqlar 3 aydır xəstələnmir

Koronanın “xeyiri” də, var imiş :Uşaqlar 3 aydır xəstələnmir
Üç aya yaxındır ki, apteklərdən uşaqlar üçün nəzərdə tutulmuş hərarətsalan dərmanlar və şamlar alınmır.

Bu barədə danışan aptek satıcısı bildirib ki, ay ərzində hərarətsalan siroplar da satılmayıb.

Satıcıların sözlərinə görə, hər il fəsil dəyişikliyi zamanı, xüsusilə yaz və payız aylarında uşaqlar arasında qrip, soyuqdəymə çox yayılırdı. Bu il mart, aprel və may aylarında nadir istisnalarla belə hal müşahidə edilməyib.

“Martda depodan 5 hərarət siropu sifariş vermişdik. Həmin siroplar hələ də aptekdədir. Halbuki əvvəllər hər gün az qala 5 qızdırma siropu satırdıq”, - əczaçı bildirib.

Pediatrların sözlərinə görə, pandemiya ilə əlaqədar məktəblərin və bağçaların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması respirator virusların kütləvi yayılması hallarının qarşısını alıb. Eyni zamanda, uşaqların evdə olması, vaxtaşırı gigiyenik tövsiyələrə əməl edilməsi də mövsüm viruslarının daha az yayılmasında rol oynayıb. Axar.az



REKLAM